Milli komandaların FİFA reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, hesabat dövründə keçirilməli olan oyunların koronavirus pandemiyası səbəbindən baş tutmaması ilə bağlı siyahıda cüzi dəyişikliklər qeydə alınıb.

Lixtenşteyn və Malta ilə yoldaşlıq görüşləri ləğv olunan Azərbaycan millisinin fevralda olduğu kimi 1177 xalla 114-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb. Qonşu Türkiyə 1494 xalla 29-cudur.