Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

Çempionatın lideri “Qaradağ Lökbatan” səfərdə “Xəzər”lə üz-üzə gəlib. İlk məğlubiyyətini ötən tur alan lider bu oyundan da xalsız ayrılıb.

MOİK isə səfərdə “Mil-Muğan”a qalib gəlib.

Bununla da, MOİK liderlə xal fərqini 9-a endirib.

2 mart

“Xəzər” – “Qaradağ Lökbatan” 1:0
Qol: Tural Qürbətov, 5.

“Mil-Muğan” – MOİK 1:2
Qol: Vüqar Asəliyev, 31 – Bəhruz Teymurov, 12. Cəmli Hacıyev, 57.