"Sumqayıt" klubu loqosunu yeniləyib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək.

Yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.