Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi məlum olacaq. 

Offsideplus.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.

 
"Sumqayıt" tarixində ilk səfə finala çıxırsa, nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə final həyəcanı yaşayıb və hamısında uduzub.
 
Qeyd edək ki, kubokun qalibi ölkəmizi Avropa Liqasında təmsil edəcək.

19 may

 Azərbaycan kuboku, final

17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu