Bu gün Azərbaycan Premyer Liqada 15-ci tura yekun vurulacaq. 

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilir. 

Günün ilk oyununda "Keşlə" öz meydanında "Səbail"i qəbul edəcək. Yeni baş məşqçisi Yuri Maksimovla meydana çıxacaq yenilənmiş "Keşlə"nin çıxışı maraqla gözlənilir. Transfer qadağası aradan qalxan paytaxt klubu fasilədə heyətini gücləndirib. 

Tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.   

11 fevral (bazar)

Topaz Premyer Liqa, 15-ci tur

15:00. "Keşlə” – "Səbail” 
Hakimlər
: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena”

17:30. "Neftçi” – "Kəpəz”
Hakimlər
: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
"Bakcell Arena”