Premyer Liqanın XV turunun mərkəzi qarşılaşmasında "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" matçın əvvəlində xoşagəlməz halla üzləşiblər.

Belə ki, qonaqların aparıcı futbolçusu Baqali Dabo oyunun ilk dəqiqələrində zədələnib. Bu səbəbdən o, komandanın baş məşqçisi Roman Qriqorçukdan əvəzlənməsini istəyib. Nəticədə ukraynalı çalışdırıcı 12-ci dəqiqədə Dabonun yerinə Famussa Koneni meydana buraxıb.