Xəbər verdiyimiz kimi, Namiq Yusifov «Qarabağ»ın məşqçi korpusundan uzaqlaşdırılıb. Baş məşqçi Qurban Qurbanovun qərarı ilə.

Offsideplus.az xəbər verir ki, iki il öncə futbolçu karyerasını başa vuran və həmin vaxtdan əsas komandada çalışan Yusifovun qələmi Antalya toplanışında qırılıb.

O, hələ hazırlığın ilk günündə düşərgədən uzaqlaşdırılıb və qərar isə ötən gün rəsmiləşib.

Səbəbi çox ilgincdi. Namiqin böyük qardaşı Anarın adı qeyri-leqal bukmeyker kontorları ilə işbirliyində hallanır. AFFA-nın ötən mövsümün gedişində «Rəvan»ı I Diviziondan kənarlaşdırması sırf onunla bağlıdı.

Belə ki, o, komandanın məşqçisi və bir neçə futbolçusuyla əlbir olaraq, bir çox oyunların nəticəsinin öncədən razılaşdırılmasında iştirak edib.

Yusifov ötən ilin yanvarında «Rəvan»ı qeyri-rəsmi surətdə himayəsinə götürərək, onları forma və inventarla təmin etmişdi, həmçinin maaşları ödəməyi öz üzərinə çəkmişdi. 

Namiq qardaşının badına gedib. Vaxtilə limonad istehsal edən sex açan və qazandığı pulları həm bu, həm də digər biznes sahələrində batıran Yusifov faktiki olaraq «Qarabağ»da heç bir iş görmürdü. (sportinfo.az)