“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov köməkçilərindən birini Ağdam klubundan uzaqlaşıdırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis xeyli müddətdi komandada məşqçi kimi çalışan Namiq Yusifovu qovub.

Bəzi təfərrüatlar bizə bəlli olsa da, hələlik, onları dəqiqləşdirməyə çalışırıq. Araşdırmalarımız davam edir. Əlavə məlumat verəcəyik.

Qeyd edək ki, Namiq Yusifov “Qarabağ”da məşqçi işləyənə qədər həm də futbolçu kimi çıxış edirdi.

Mənbə: Sportlife.az