“Atletiko”nun hücumçusu Dieqo Kosta 2014-cü ildə reklam gəlirlərindən vergi ödəmədəyi üçün 6 aylıq həbs cəzası alıb.
Offsideplus.az xəbər verir ki, Kosta reklam gəlirlərindən 1,1 milyon avro vergi ödəməli olsa da, futbolçu bundan yayınıb. Bu səbəbdən oyunçu cəzalandırılıb.
Onun istəyi üzərinə təcrübəli hücumçunun cəza müddəti uzadılıb və pula çevrilib. Kosta 6 ay yox, bir il müddətində günü 100 avrodan toplam 36 min ödəyərək həbs olunmaqdan qurtulacaq.