İspaniyanın "Barselona" klubunun rəhbərliyi maaşların azaldılması tələbi ilə yenidən futbolçulara müraciət edib.

Offsideplus.az RAC1-ə istinadən xəbər verir ki, futbolçular ikinci dəfə maaşlarının azaldılmasına razı olmayıblar. Onlar bunu La Liqanın gələn həftə bərpa olunacağı ilə əsaslandırıblar.

3 ay ərzində klubun futbolçuları maaşlarının 17 faizindən məhrum olub. Bu səbəbdən, "Barselona" 40 milyon avrodan çox qənaət edib.

Qeyd edək ki, "Barselona"da daha öncə maaşların 70 faiz azaldıldığı bəlli olub. Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.