İngiltərə Premyer Liqası koronavirus pandemiyası üzündən dayandırılan mövsümün müzakirəsini təxirə salıb.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yarışın təşkilatçıları mayın sonunadək koronavirusla bağlı vəziyyət düzəlməsə, çempionatın bərpa olunmaması məsələsini müzakirəyə çıxaracaq.
Premyer Liqa teleyayımla bağlı böyük məbləğdə maliyyə itkisi ilə üzləşməmək üçün çempionatı sonadək keçirməkdə israrlıdır.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasına 82 xalla "Liverpul" başçılıq edir. "Qırmızılar" ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.