Dortmund "Borussiya"sı futbolçusu Lukaş Pişçeklə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə müqavilənin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Qeyd edək ki, L.Pişçek 2010-ci ildən Dortmund təmsilçisində forma geyinir.