Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi" "Kəpəz" üzərində 1:0 hesabla (ümumi: 3:0) qələbə qazanıb və mərhələ adlayıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Samir Abasov fikirlərini bölüşüb:
"Azarkeşlərimizə təşəkkür edirəm. Stadionu təmizləyən yoldaşların hər birinə minnətdaram. Çox iş gördülər, çox sağ olsunlar. Önəmli idi 1-ci oyundan sonra komandanı hazırlamaq. 2:0 rahatlıq yarada bilərdi. Belə oyunda vuruşmaq lazımdır. Sağ olsunlar futbolçularım öhdəsindən gəldilər".
S.Abasov hakimləri məntiqlə düşünməyə səsləyib:
"Bizim kimi rəqib də kuboka köklənib. Çətin olacaq. Çalışacağıq maksimum dərəcədə xal yığaq. Son vaxtlar hakimlərin oyunlarda qərarları məni narahat edir. Bu haqda çox danışmırdım, amma artıq hakimlərin qərarı da narahat edir. Qırmızı vərəqə çox sərt idi. VAR-a baxa-baxa epizodu təhlil edə bilər hakim. Orda qırmızı yox idi, fikrimcə. Referilərin kitabla yox, düşdüyü situasiyaya uyğun qaydaya əməl etmələrini istəyirəm. Mən düşünürəm ki, VAR-ı rədd etmək lazımdır. Bu epizodda qırmızı yoxdur. Sarı vərəqə ilə bu söhbət bağlanmalı idi. Hakimə də dedim məntiqlə düşün. Sarı verdi mənə. Hakim gərək məntiqlə düşünsün".