"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisini "Red Bull" pilotu Maks Ferstappen qazanıb.

Offsideplus.az xəbər verir ki, onun komanda yoldaşı Serxio Peres ikinci, "Ferrari"dən Şarl Lekler isə üçüncüdür.

Günün pilotu "Ferrari"də Karlos Saynsı əvəzləyən Oliver Biermen seçilib. Britaniyalı gənc pilot "Formula 1" debütündə yarışı 7-ci yerdə başa vurub.