“Red Bull” pilotu Maks Ferstappen mövsümün ilk Qran-prisinin qalibi olub.

Offsideplus.az xəbər verir ki, niderlandlı sürücü Bəhreyndə finiş xəttini birinci keçib.

3 qat dünya çempionu ilk qələbəsini belə şərh edib: “Rekordlar barədə düşünmürəm. Sadəcə, yarışdan yarışa hazırlaşıram. Komandanın inkişafı barədə fikirləşirəm. Səudiyyə Ərəbəstinanında nə olacağını gözləyək”.

Bəhreyn Qran-prisindəki qələbə “Red Bull”a “Uilyams”a çatmaq imkanı verib. İndi hər iki komandanın hesabında 114 qələbə var. onları “Mersedes”dən 11 qələbə ayırır. “Maklaren” hesabında 183, “Ferrari”nin isə 243 uğur var.

Qeyd edək, niderlandlı sürücü ardıcıl 8-ci dəfə Qran-prinin qalibi olub. O, ötən ilin sentyabrından Yaponiya, Qətər, Ostin (ABŞ), Mexiko, San-Paulu, Las-Veqas və Abu-Dabidə qələbə qazanıb.