"Formula 1" komandası "Ferrari" "Mersedes" pilotu Lüis Hemiltonla müqavilə bağlayacaq.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı pilotla 2025-ci il mövsümü üzrə anlaşma imzalanacaq. O, "Ferrari"da Karlos Saynzı əvəz edəcək.
Hemiltonun karyerasını "Ferrari"də bitirəcəyi bildirilir.