"Formula 1"də mübarizə aparan "Alfa Tauri" komandasının direktoru Frans Tost vəzifəsindən ayrılacaq. 

Offsideplus.az xəbər verir ki, o, 2023-cü il mövsümünün sonunda komanda ilə yollarını ayıracaq. Bu barədə "Formula 1"in rəsmi saytı məlumat yayıb.

"Ferrari"nin hazırkı idman direktoru Loren Mekis onu bu vəzifədə əvəzləyəcək.