“Formula 1”in keçiriləcəyi Bakıdakı bəzi yollar bu gecədən bağlanacaq.

Offsideplus.az xəbər verir ki, bu gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq.