"Formula 1" üzrə Avstraliya Qran Prisində sıralanma turu baş tutub. 

Offsideplus.az xəbər verir ki, sabah baş tutacaq yarışa "Red Bull"dan Maks Ferstappen 1:16:732 dəqiqə nəticə ilə birinci pillədən başlayacaq. "Mersedes" pilotları Corc Rassel ikinci, Luis Hemilton isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, yarış sabah Bakı vaxtı ilə saat 08:55-də başlayacaq.