"Formula-1" 2023-cü ildə Azərbaycan "Qran-pri"sində ilk dəfə sprint yarışının keçiriləcəyini təsdiq edib.

Offsideplus.az xəbər verir ki, Bakıdan başqa Avstriya, Belçika, Braziliya, ABŞ və Qətərdə də sprint yarışlarının baş tutacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan qran-prisi 28-30 apreldə olacaq.