"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçı FIFA referisi Luis Godinho idarə edəcək. Ona Rui Teixeira və Pedro Almeida köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andre Narciso yerinə yetirəcək. VAR-da Hugo Miguel, AVAR-da Fabio Oliveira Melo əyləşəcəklər.

Xatırladaq UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də start götürəcək.