Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun son oyunları baş tutacaq.
Offsideplus.az xəbər verir ki, 16 oyundan biri Bakıda keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" azarkeşləri qarşısında "Ayaks"la üz-üzə gələcək.
Türkiyənin "Fənərbağça" komandası "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirəcək. "Beşiktaş" "Lion"un qonağı olacaq, "Roma" isə Kiyev "Dinamo"su ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində IV tura noyabrın 6-da start veriləcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) – "Ayaks" (Niderland)
20:45. PAOK (Yunanıstan) – "Viktoriya" (Çexiya)
20:45. "Makkabi" (TA, İsrail) – "Real Sosyedad" (İspaniya)
20:45. "Roma" (İtaliya) – "Dinamo" (K, Ukrayna)
20:45. "Ferençvaroş" (Macarıstan) – "Nitsa" (Fransa)
20:45. "Ayntraxt" (Almaniya) – RFS (Latviya)
20:45. "Midtyulland" (Danimarka) – "Yunion" (Belçika)
23:00. “Porto” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya)
23:00. “Reyncers” (Şotlandiya) - FCSB (Rumıniya)
23:00. “Tottenhem” (İngiltərə) - AZ (Niderland)
23:00. “Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
23:00. “Fənərbağça” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə)
23:00. “Malmö” (İsveç) - “Olimpiakos” (Yunanıstan)
23:00. “Atletik” (İspaniya) - “Slaviya” (Çexiya)
23:00. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan)
23:00. “Tvente” (Niderland) - “Latsio” (İtaliya)