“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”ə qarşı keçirəcəyi oyun üçün İngiltərəyə yollanıb.

Offsideplus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Ağdamlılar avrokubokların yeni formatda keçiriləcək əsas mərhələsinin ilk matçına sentyabrın 26-da çıxacaqlar. “Tottenhem”lə I turun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, görüş Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutacaq.