UEFA Avropa Liqasının ilk turunda ən izləməli 5 görüşün siyahısını tərtib edib.

Offsideplus.az xəbər verir ki, qurum azarkeşlərə "Tottenhem" - "Qarabağ" matçını da məsləhət görüb.

Rəsmi saytda qeyd olunur:

“Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.

İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.