"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçdə yerli "Hakken"ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında sabahkı görüşün hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib:
“Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edəcək. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00--da başlayacaq.