İspaniya Avropa Çempionatının finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin hücumçusu Harri Keyn məğlubiyyətin çox ağır olduğunu deyib:
"Hisslərimi sözlə ifadə etmək çətindir. Ağır oyun oldu. Matçda qələbə qazanmaq üçün çox çalışdıq, amma alınmadı. Sona qədər gəlib qələbəni əldən vermək olduqca üzücüdür. Turnir boyu daim üzərimizdə işləyib, addım-addım qələbəyə doğru getmək istəyirdik. İlk hissədə topu saxlamaqda çətinlik çəkdik. Lakin ikinci yarıda yaxşı oynadıq və qol vurduq. Sonda üzülən tərəf olduq. Finala çıxmaq da asan iş deyil. Bunu iki dəfə bacardıq, amma...".
Qeyd edək ki, İngiltərə millisi AÇ-2020-nin finalında da İtaliyaya məğlub olmuşdu.