İspaniya Avropa Çempionatının finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, çempion komandanın vingeri Lamin Yamal qələbəni şərh edib:

"Xoşbəxtəm. Sanki bu, yuxudur. İspaniyaya qayıdıb qələbəni azarkeşlərlə birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm. Mənim üçün əsl ad günü hədiyyəsi oldu. Rəqib hesabı bərabərləşdirdikdə bir az çətinlik çəkdik. Lakin matçda geridönüş etməyi bacardıq".

İyulun 13-də 17 yaşı tamam olan futbolçu qitə turnirinin ən yaxşı gənc oyunçusu seçilib.