İngiltərə millisinin futbolçusu Harri Keyn Avropa Çempionatının final matçından əvvəl qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, hücumçu yığma komanda ilə çempion olmaq istədiyini deyib:
"İtaliyaya məğlub olduğumuz final matçını xatırlamaq istəmirik. Bunun nə qədər çətin olduğunu anlayırıq. Xəyalımızın bir addımlığındayıq. Mübaliğəsiz bu kubok bizim üçün hər şeydir. Milli səviyyəsində çempionluq karyeranızın zirvəsidir".
İspaniya - İngiltərə matçı saat 23:00-da start götürəcək.