Bu gün Almaniyada təşkil edilən Avropa Çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, həlledici görüşdə İspaniya və İngiltərə milliləri qarşılaşıb.
Berlindəki Olimpiya stadionunda keçiriləcək matçda ispanlar 2:1 hesabla qalib gəlib və çempion olublar. İspaniya millisinin baş məşqçisi Luis de la Fuente U-19 və U-21 Avropa çempionatlarını, Millətlər Liqası və Avropa çempionatını qazanan ilk baş məşqçi olaraq tarix yazıb.
Qeyd edək ki, ingilislər yarımfinalda Niderlandı (2:1), İspaniya isə Fransanı məğlub etmişdi (2:1).