Bu gün Avropa Çempionatında sonuncu finalçının adına aydınlıq gələcək.
Turnirin favoritlərindən İngiltərə Niderladı sınağa çəkəcək. Qarşılaşma Dortmundda keçiriləcək və start fiti 23:00-da səslənəcək. Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov Offsideplus.az-a açıqlamasında oyunun favoritinin İngiltərə olduğunu dedi:
"Bizi maraqlı oyun gözləyir. Hər iki komanda finala çıxmaq üçün mübarizə aparacaq. Düşünürəm ki, bu qarşılaşmanın favoriti İngiltərədir. Onlar qalibiyyət sayəsində ispanlara rəqib olacaq. Düzdür, komanda yaxşı oyun sərgiləməyə bilər, amma futbolçularının keyfiyyəti daha yüksəkdir. Reallıq odur ki, onlar Niderlanddan daha yaxşı komandadır. Qeyd etdiyim kimi, ingilislərin qalib gələcəyini düşünürəm".
Mütəxəssis İngiltərənin finala çıxacağı təqdirdə, ispanlarla bacara bilməyəcəyini də qeyd etdi:
"İngilislər finala çıxa bilər, amma İspaniyanın çempion olacağını düşünürəm. Düzdür, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv rəqibə başağrısı ola bilər, amma bu, onların qalib olacağı anlamına gəlmir".