Kriştiano Ronaldo AÇ-2024-də maraqlı rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, hücumçu turnirin qrup mərhələsində 3 qarşılaşmada qapı istiqamətinə 12 zərbə endirib. Bunlardan yalnız 5-i "çərçivə"yə yönəlib.
Ronaldo bu göstəricidə bütün rəqiblərini qabaqlayıb.
İkinci sırada isə 5 oyunçu yer alıb. Kilian Mbappe, Romelu Lukaku, Aleksandr Mitroviç, Kay Havertz, Kristian Eriksen 3 tur ərzində qapıya 10 zərbə endiriblər.