2024-cü ildə keçiriləcək Avropa çempionatı və Amerika Kuboku eyni vaxtda baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Hər iki turnir 2024-cü il 14 iyun - 14 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Amerika Kuboku ABŞ-də, AVRO-2024 isə Almaniyada təşkil olunacaq.