"Nyukasl" və İsveç millisinin üzvü Aleksandr İsak Azərbaycana qarşı AVRO-2024-ün seçmə mərhələ oyundan danışıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı forvard bu sözləri deyib:

"Azərbaycan millisi üzərində qələbə gözlənilən idi. Komandanın özünəinamı qaytarması baxımından Azərbaycan üzərində vacib qələbə qazandıq. Qol vurmaq üçün bir neçə şansım oldu. Fikrimcə, daha yaxşısını edə bilərdim".

 Qeyd edək ki, İsveç - Azərbaycan matçı 5:0 hesabı ilə yekunlaşıb.