Avro-2024-ün seçmə mərhələsində 2-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 8 matç keçiriləcək.

Milli komandamız F qrupunda İsveçin qonağı olacaq. Qrupun digər oyununda Avstriya Estoniyanı sınağa çəkəcək. 

B qrupunda Niderland millisi Cəbəllütariq, İrlandiya yığması isə Fransa ilə üz-üzə gələcək. 

E qrupunda Albaniya səfərdə Polşa, Çexiya isə Moldova ilə qarşılaşacaq.

G qrupunda isə Macarıstan Bolqarıstanı, Monteneqro Serbiyanı qəbul edəcək.

24 mart

Avro-2024-ün seçmə mərhələsi, II tur

B qrupu

22:45. İrlandiya - Fransa

22:45. Niderland - Cəbəllütariq

E qrupu

22:45. Polşa - Albaniya

22:45. Moldova - Çexiya

F qrupu

22:45. İsveç - Azərbaycan

22:45. Avstriya - Estoniya

G qrupu

22:45. Monteneqro - Serbiya

22:45. Macarıstan - Bolqarıstan