Ötən gün Avro-2024-ün seçmə mərhələsinin ilk turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, A, D və I qruplarında ilk qarşılaşmalar baş tutub.

D qrupunda Türkiyə millisi səfərdə Ermənistanı məğlub edib. Qrupun digər görüşündə Xorvatiya Uelsin müqavimətini qıra bilməyib. 

İspaniya millisi isə Norveçi əliboş yola salıb.

Avro-2024
Seçmə mərhələ, I tur

25 mart

A qrupu

Şotlandiya - Kipr - 3:0
Qollar:
 C.Makqinn, 21, S.Maktominey, 87, 90+3

İspaniya - Norveç - 3:0
Qollar:
 D.Olmo, 13, Xoselu, 84, 85

Xal durumu: İspaniya - 3, Şotlandiya - 3, Gürcüstan - 0, Kipr - 0, Norveç - 0

D qrupu

Ermənistan - Türkiyə - 1:2
Qollar: 
O.Kabak, 10 (avtoqol) - O.Kökçü, 35, K.Aktürkoğlu, 64

Xorvatiya - Uels - 1:1
Qol: 
A.Kramariç, 28 - N.Brodhed, 90+3

Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0, Ermənistan - 0.

I qrupu

Belarus - İsveçrə - 0:5
Qollar: 
R.Steffen, 4, 17, 29, Q.Caka, 62, Z.Amduni, 65

İsrail - Kosovo - 1:1
Qollar:
 D.Perets, 56 - E.Daşa, 36 (avtoqol)

Andorra - Rumıniya - 0:2
Qollar: 
D.Man, 35, 50 

Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus - 0