AVRO-2024-ün seçmə mərhələsində İtaliya millisi İngiltərəyə 1:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, bununla da, Roberto Mançinin komandasının Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
İtalyanlar son olaraq 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdu - 1:3.
Qeyd edək ki, komanda əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər.