UEFA Millətlər Liqasının qrup oyunlarından sonra AVRO-2024-ün seçmə mərhələsində bütün səbətlərin tərkibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası oktyabrın 9-u keçiriləcək püşkatmaya 4-cü torbadan qatılacaq.

Millətlər Liqası səbəti:  Xorvatiya, İtaliya, İspaniya, Niderland;

1-ci səbət: Portuqaliya, Macarıstan, Belçika, Danimarka, Polşa, İsveçrə;

2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

Qeyd edək ki, 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının püşkatma mərasimi oktyabrın 9-da Bakı vaxtı ilə saat 14:00-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.