Çexiya yığmasının futbolçusu Patrik Şik Avro-2020-nin bombardirlər siyahısında Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya çatıb.
Offsideplus.az xəbər verir ki, o, buna 1/4 finalda hazırda davam edən Danimarka ilə matçda fərqlənməklə nail olub.
25 yaşlı hücumçu bu turnirdə vurduğu qolların sayını 5-ə çatdırıb və ən yaxşı bombardir Ronaldoya çatıb.