Niderland milli komandasının baş məşqçisi Frank de Bur istefa verib.

Offsideplus.az xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, De Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edirdi. 

Xatırladaq ki, Niderland seçməsi Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzub və mübarizəni dayandırıb.