Portuqaliya millisi və "Mançester Siti"nin futbolçusu Juan Kanselo koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin COVID-19 testi müsbət nəticə verib. Portuqaliya Futbol Federasiyası oyunçunu heyətdən çıxarıb və onu Dieqo Dalot ilə əvəzləyib.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Portuqaliya millisi iyunun 15-də Macarıstanla qarşılaşacaq.