A Seriyanın 27-ci turunda “Yuventus”un “Bolonya”ya 2:0 hesabı ilə qalib gəldiyi oyun portuqaliyalı ulduz Kristiano Ronaldo üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, futbolçu, A Seriyasının tarixinə düşüb.
Belə ki, qarşılaşmada “qoca sinyora”nın ilk qolunu vuran Ronaldo, A Seriyasındakı qolların sayını 43-ə çatdırıb. Bu göstərici ilə o, turnir tarixində ən çox qol vuran portuqaliyalı futbolçu olub.