“Monako” klubunun rəhbərliyi əsas komandanın heyətində ciddi ixtisarlar aparmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, “Knyazlıq klubu” yeni mövsüm ərəfəsində 30 futbolçusunu satmaq niyyətindədir. Satılacaqlar siyahısına “Monako"nun liderləri daxil deyil.
Büdcəsinə görə Fransa Liqa1-in üçüncü komandası ardıcıl ikinci dəfə avrokuboklardan kənar qalması üzündən maliyyə çətinlikləri ilə üzləşib. Satış planı maaşların ümumi məbləğini azaltmaqla yanaşı, transferlərdən 50 milyon avroya yaxın gəlir əldə edilməsinə hesablanıb.
Qeyd edək ki, “Monako” koronavirus üzündən yarımçıq başa çatan son Fransa çempionatında 9-cu yeri tutub.