İtaliyanın Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri A Seriyasının bərpasını şübhə altına alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə “Rete 4”ə açıqlama verən Sileri ehtimalın az olduğunu deyib: “Təəssüf ki, çempionatın davam etdirilməsi ehtimalının az olduğunu düşünürəm”.
Daha əvvəl İtaliyada mövsümün mayın 2-dən azarkeşsiz bərpasının mümkünlüyü bildirilib. Sonradan mövsümün daha gec başlaması üçün bir neçə təklifin nəzərdən keçirildiyi məlum olub. Onlar arasında qalan 124 matçın Romada 45 gün ərzində keçirilməsi də var.
Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.