Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan 4 oyundan üçü heç-heçə ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, “Qarabağ” – “Sabah” matçında 0:0, “Neftçi” – “Səbail” qarşılaşmasında 1:1, “Sumqayıt” – “Keşlə” görüşündə 2:2 hesabı ilə başa çatıb. “Zirə” – “Qəbələ” oyunu isə qonaqların 2-1 hesablı qələbəsi ilə yükunlaşıb. X turda da eyni sayda bərabərlik qeydə alınmışdı.
Ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi (2016/17 mövsümündən etibarən) müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. // PFL