AÇ-2020-nin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Quiyn Huqes, Təhlükəsizlik departamentinin rəisi Qrant Aşton Briqqs və kit menecer David Tudor Qriffitsin daxil olduğu nümayəndə heyəti Bakıdakı stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.

Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.

Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Qeyd edək ki, Rayan Giqqz bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.