“Barselona” klubunun futbolçusu Ansu Fati sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı futbolçu dizindən zədələnib.
Onun sağalacağı vaxt açıqlanmayıb.
Fati cari mövsümdə iştirak etdiyi 24 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.