23 turdan sonra Misli Premyer Liqasında “Qarabağ” 61 xalla liderliyini davam etdirir. Turnir cədvəlində “Sabah” 53 xalla 2-ci yerdədir, üçüncü pillədə isə 48 xalla “Neftçi” qərarlaşıb.

Offsideplus.az XXIV tura qədər komandaların Azərbaycan çempionatında qapıya zərbə, topa sahiblik, dəqiq ötürmələr üzrə performansları ilə bağlı statistikasını təqdim edir.

“Qarabağ” klubu orta hesabla hər oyunda 7,3 dəfə qapıya zərbə vurub. “Sabah”da bu göstərici 6,1, “Neftçi”də isə 5,2-dir. Növbəti sıralarda müvafiq olaraq “Qəbələ” (4,3), “Sumqayıt” (4.0), “Zirə” (3,8), “Kəpəz” (3,7), “Səbail” (3,6), “Turan Tovuz” (3.4) və “Şamaxı” (3.0) qərarlaşıb.

Screenshot 2023 02 22 182215

Oyun başına topa nəzarət üzrə ilk “3-lük” Azərbaycan çempionatının turnir cədvəlində olduğu kimidir. “Qarabağ” 65,6% topa sahiblik göstəricisi ilə birinci yerdədir. “Sabah” və “Neftçi”də bu göstəricilər müvafiq olaraq, 58,1% və 54,2%-ə bərabərdir. Digər komandaların orta hesabla hər oyundakı topa nəzarəti belədir:

Screenshot 2023 02 22 182240

Misli Premyer Liqasında dəqiq ötürmələrə gəlincə, komandaların sıralanmasının turnir cədvəlindəkindən fərqləndiyi görünür. Çempionatımızın lideri “Qarabağ” bu statistikada da digər klubları qabaqlayır: 86,2%. “Zirə” 84,8%-lə ikinci yerdədir. “Neftçi”, “Kəpəz” və “Sabah” komandalarının ötürmələri dəqiq yerinə yetirmək üzrə göstəriciləri bir-birlərinə yaxındır (müvafiq olaraq, 83,6%, 83,4%, 83,3%).

Növbəti mövqelərdə “Sumqayıt” (82,2%), “Qəbələ” (81,4%), “Səbail” (79,8%), “Şamaxı” (78,8%) və “Turan Tovuz” (77.0%) yer alıb.

Screenshot 2023 02 22 182306

Mənbə: Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytı.