Sağlam özül üstündə sağlam sütunlar...

Gələcəyə gedən yoldakı maneələri necə dəf etməli?

Ölkəmizin uşaq futbolundakı problemləri saymaqla bitməz. Arzusunda olduğumuz sağlam gələcəyə yetişmək üçün bu problemlər, əyər-əskiklər aradan qaldırılmalı, istedadlı uşaq və yeniyetmə futbolçuların önü açılmalıdır. İlk materialımızda ölkədə uşaq futboluna ümumi baxışımızı təqdim etmiş, mütəxəssislərin problemlərin çözümü fonunda fikirlərini almışdıq.

Mövzunu futbol ictimaiyyətimizin yaxından tanıdığı, Bakı Futbol Federasiyasının(BFF) məsul işçisi, jurnalist, müharibə veteranı və ələlxüsus, ömrünün çox hissəsini uşaq futboluna töhfə verməklə keçirən Mahir Süleymanovla davam etdiririk.

Mahir Süleymanov dedikdə, həm də "Sabahın ulduzları" adlı uşaq futbol çempionatı yada düşür.

- Söhbətə elə "Sabahın ulduzları" ilə başlayaq. Bu gün durum necədir? Yarışlar keçirilirmi?

- Ölkəmizdə futbolla bağlı problemlər həmişə olub. Lakin 2005-2015-ci illəri əhatə edən məlum Futbolun İnkişafına Dair Dövlət Proqramı qəbul edildikdən sonra hamımızda böyük ümidlər yarandı. Azarkeşlər, nəhayət, futbola müasir yanaşmanın işartılarını gördülər. Bu mühüm sənəd layihəsi hazır olan “Sabahın ulduzları” çempionatının icrasına da təkan verdi. Beləliklə, Bakı Futbol Federasiyasının təşkilati dəstəyi ilə 2006-cı ilin aprelində Azərbaycanda böyük rezonans doğuran “Sabahın ulduzları” uşaq çempionatı start götürdü. Yarış futbol sahəsində çalışan mütəxəssislər, klublar, məktəblər, məhəllə komandaları, AFFA-nın o vaxtkı rəhbərliyi, Gənclər və İdman Nazirliyi, valideynlər və uşaqlar tərəfindən rəğbətlə qarşılandı. Paytaxtda və bütün ölkədə bu sahədə böyük bir boşluğun olduğu uzə çıxdı. Cəmi bir yaş qrupu üzrə on komanda ilə başlanan çempionatda tezliklə yaş qruplarının da, iştirakçıların da sayı sürətlə artdı. “Şəfa” stadionunun bütün meydançaları təmənnasız olaraq “Sabahın ulduzları”nın ixtiyarına verilmişdi. Paytaxt çempionatı olmasına baxmayaraq, Sumqayıtın, İmişlinin, Şirvanın, Siyəzənin komandaları da “Sabahın ulduzları”nda həvəslə oynayırdılar. 2006-cı ildən pandemiya qadağaları başlananadək 20 çempionat, çoxlu kubok yarışı və turnir təşkil emişik. Yarışlarımızın təşkili əvvəllər nümunəvi səviyyədə olurdu. İndi problemlərimiz başdan aşdığı üçün həmin səviyyə həddində qalmaq da mümkün deyil. Bununla yanaşı, onlarla istedadın üzə çıxmasında “Sabahın ulduzları” çempionatı öz töhfələrini verməkdə davam edir.

206616387 6017222084985362 719919761870972672 n copy

- "Sabahın ulduzları"nın "şinel"indən çıxan, günümüzdə parlayan futbolçulardan kimlərin adını qeyd edərdiniz?

- “Sabahın ulduzları” futbolumuzda elə inqilabi effekt verdi ki, bu yarışda təkcə istedadlı uşaqlar deyil, həm də neçə-neçə məşqçi, hakim yetişib inkişaf etdi. Bu gün biz də fəxr edir və qürur hissi keçiririk ki, hazırda Polşa azarkeşlərinin rəğbətini qazanmış Mahir Emreli məhz “Sabahın ulduzları”nda ilk rəsmi oyunlarını keçirmiş, 2006-2010-cu illərdə əvvəlcə “Xudafərin”, sonra isə “Bakı” komandasının heyətində pillə-pillə inkişaf etməyə başlamış, medallar, mükafatlar qazanmışdır. “Sabahın ulduzları”nda Emil Balayev “Vətən” Futbol Məktəbinin qapısını qoruyurdu. O da çempionatımızın ən yüksək mükafatlarına layiq görülüb. Bakı “İnter”inin yetirməsi olan Azər Salahlı indi “Keşlə”nin əsas oyunçularındandır. Bəhlul Mustafazadənin də futbolçu taleyində “Sabahın ulduzları”nın ayrıca yeri var. Bu siyahıya Elşən Abdullayevin, Namiq Ələsgərovun, Coşqun Diniyevin, Mirabdulla Abbasovun, Rövlan Muradovun, Rahil Məmmədovun, Adil Nağıyevin, Ehtiram Şahverdiyevin, Nicat Süleymanovun, Vadim Abdullayevin, Abbas Hüseynovun, Fuad Bayramovun, Məqsəd İsayevin, Orxan Fərəclinin, Fəhmin Muradbəylinin, Rəşad Əzizlinin, Fərid Kərimzadənin, Musa Qurbanlının və olarca digər futbolçunun adını əlavə etmək olar. Təəssüf doğuran haldır ki, gözümüzün qabağında böyüyən, addım-addım, oyundan-oyuna inkişaf edərək hazır futbolçu səviyyəsinə çatmış çoxlu sayda ümidverən, istedadlı yeniyetmə və gəncin adına bu gün heç bir komandamızda rast gəlmirik.

Mahir müəllim bizə şəxsi qalereyasındakı şəkilləri göstərir. Fotoda milli komandamızın və "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovdur

222154201 844421396499055 1826824526319017867 n

- Bu gün Azərbaycanda uşaq futbolunun vəziyyəti necədir? Futbolumuzun gələcəyini sağlam bünövrə üzərində qurmaq üçün hansı çatışmazlıqlar aradan qaldırılmalıdır?

- Azərbaycan balaları çox istedadlıdır. Onların arasında futbol istedadı olanlar da kifayət qədərdir. Təəssüf ki, ölkədə uşaq futbolu ilə bağlı işin təşkili, ümumi vəziyyəti lazımi səviyyədə olmadığından həmin balaların əksəriyyəti, necə deyərlər, vaxtında kəşf olunmur, neçə-neçə bacarıqlı, qabiliyyətli uşaq, beləcə, diqqətdən kənarda qalır. Toxunulan məsələ geniş təhlil, ətraflı müzakirə, sərt tənqidi yanaşma tələb ediyindən, gələcəkdə ayrıca olaraq mövzuya qayıtmaq, məncə, daha məqsədəuyğun olar.

- Bacarıqlı uşaq və yeniyetmə futbolçuların illər sonra "itib-batmaması" üçün nə etmək lazımdır?

- Valideyn övladını futbola gətirməkdə iki məqsəd güdür: birincisi, uşağı sağlam böyüsün, xüsusilə şəhər yerində evdə oturmaqdansa, kollektivə öyrəşsin, yaşıdlarına qaynayıb-qarışsın. İkincisi isə ata-ana öz balasını futbolçu görmək istəyir. Əgər müəyyən keçid yaşlarında tələblərə cavab verirsə, yeniyetməni klubda saxlayırlar. Yox, əgər uşaq perspektiv vəd eləmirsə, valideyn onu futboldan uzaqlaşdırıb diqqətini təhsilə yönəldir. Azərbaycanda başqa situasiya da yaranıb. Bu gün Azərbaycanın cəmi-cümlətani 8 əsas komandası var. Məntiqlə ölkəmizə aşağı-yuxarı 160 futbolçu lazımdır. Komandalar isə gərək oldu-olmadı legionerləri gətirib doldururlar heyətə, 160 yerin azı yarısı tutulur. “Pensiyaçılarımızı” da nəzərə alsaq, olan-qalan 50-60 ştata düşmək üçün isə ya Messi olmalısan, ya da obyektiv seçimə üstünlük verilməlidir. Bu gün futbolçuların çoxuna Azərbaycanda oynamaq üçün şərait yoxdur. Əvvəllər komandaların sayı da, keyfiyyəti də imkan verirdi ki, yerli futbolçular özlərinə klub tapsınlar. Hazırda təkliflə tələbat arasında çox ciddi fərq yaranıb. Ona görə də ölkə futbolunda əsas komandaların sayı artırılmalıdır. Aşağı dəstələrdə də şərtlər elə olmalıdır ki, futbolçu orada oynamağa maraq göstərsin.

197204412 1071380970292629 8786918528059916824 n

220918443 532829694601476 1603842176371320007 n

222088304 1468319246852701 7504567451518906994 n

222720265 795406477680644 4817619785240878632 n

199308885 331038461844094 4119311638400814378 n

198268703 509172396943961 4393693040305698356 n

217605009 132603962280099 4628948654106593149 n

218726641 359925819111864 4691284086416927494 n

220792257 226845915971722 1303062935011525793 n

221187855 357404505953298 5730743874416523118 n

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

1626442780 1625744715 1625297110 media agentlik