Hesabat turunda Premyer Liqada hakim təyinatları ilə bağlı xüsusi məqam diqqət çəkdi.

Offsideplus.az xəbər verir ki, fevralın 19-da “Səbail” – “Sabah” qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirən Tural Qurbanov bir gün sonra “Keşlə” – “Zirə” oyununda da yeni funksiyanı yerinə yetirib. Bir turda iki oyun.

Gənc hakimlərin inkişafında ağız dolusu danışılan dönəmdə bir hakimin eyni turda iki oyunda görünməsi təəccüb doğurur. Hər halda, ikinci oyun günündə başqa gənc ədalət təmsilçisinə şans vermək olardı.

Qeyri-adi təyinatın səbəbini öyrənmək üçün Hakimlər Komitəsinin sədri Frits Stuxliklə əlaqə saxlasaq da, avstriyalı rəhbər konkret cavab verməkdən boyun qaçırdı: “Burada hansısa xüsusi səbəb axtarmağa gərək yoxdur. İndiyə qədər də hansısa hakim bir turda iki fərqli oyuna təyinat alıb. Bu cür təyinatlara gəlincə, bununla bağlı açıqlama vermək istəmirəm”.

Stuxlik suala konkret cavab verməkdən yayınsa da, əsl səbəbi öyrənmək çətin olmadı. Məlum oldu ki, hakim iadəriçiliyi ilə Stuxlikin rəğbətini qazanan gənc hakimlər bunun müqabilində mükafatlandırılır. Mükafatlardan biri də Premyer Liqanın bir turunda iki oyuna təyinat almaqdır. Görünür, komitə sədri Turalın Birinci Diviziondakı işindən çox razı qalıb.

sekil2

sekil1