Lionel Messinin yayda PSJ ilə müqavilə bağlayacağı inandırıcı görünür.

Dünya ulduzunun "Barselona" ilə müqaviləsinin başa çatması, üstəgəl, klubdakı maliyyə durumu Messinin parladığı komandadan ayrılmaq ehtimalını artırır. 

Offsideplus.az xəbər verir ki, "Le Parisien"də çalışan təcrübəli həmkarımız Jülyen Loran keçidin baş tutacağına inanmır. İddiasını maliyyə məsələsindəki maraqlı dəlillərlə əsaslandırıb: "Maliyyə feyr-pleyi və pandemiya PSJ-dən də yan keçməyib. Bu gün Neymarın illik məvacibi 30 milyon avro civarındadır. Leo gəlsə, ilinə 60 milyon istəyəcək. Mbappeni də unutmayaq, onun maaşı da 25-30 milyon təşkil edir. Bu üçlüyün əmək haqqı və mükafatı illik təxminən 150 milyon olacaq. Təkcə üç futbolçuya 150 milyon, üstəgəl, digər futbolçuların məvacibi və klubun xərcləri. Əla arzudur, amma işin maliyyə tərəfindən, bu, mümkünsüzdür. Bu ssenarinin alınacağı inandırıcı görünmür. Şeyxlər müflis olmağa razılaşacaq qədər adam deyillər".

Qeyri-rəsmi mənbələrin məlumatına görə, Messinin "Barsa"dakı illlik maaşı 90 milyon avro civarındadır. Bunun təxminən 40 faizi vergiyə çıxılır. Pandemiyadan sonra məvaciblərin azaldılması nəticəsində argentinalı ulduzun əmək haqqısı 70 milyona enib.